Avtomobilin vurduğu piyada öldü
21 noyabr 2020 14:28 (UTC +04:00)

Avtomobilin vurduğu piyada öldü

Qubada yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 20-də  saat 19 radələrində Quba rayonunun  2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

# 1126
avatar

Oxşar yazılar