Zaqatalada baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslər Zaqatalanın Yengiyan kənd sakini, 32 yaşlı Məhəmməd Bünyad oğlu Mahmudov və Höytala kənd sakini, 58 yaşlı Şamil Məhəmməd oğlu Dadayevdir.
Hər iki şəxsin müalicə xəstəxanada davam etdirilir.
Qeyd edək ki, qəzada xəsarət alan şəxslər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsinin əməkdaşlarıdır.
Qəzaya düşən maşın isə Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsinin xidməti avtomobilidir.
***
saat 13:13
Zaqatalada minik maşını TIR-la toqquşub.
Lent.az xəbər verir ki, hadisə bu gün 12 radələrində Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan Türkiyəyə məxsus iritonnajlı yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi "Chevrolet Niva" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq, aşıb.
Məlumata görə, "Chevrolet"də olan iki nəfər xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.