Milix Yevdayev: "Qonşularımız müharibəni dini müstəviyə keçirmək istədilər" - VİDEO
21 noyabr 2020 12:54 (UTC +04:00)

Milix Yevdayev: "Qonşularımız müharibəni dini müstəviyə keçirmək istədilər" - VİDEO

 

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin APA. TV –yə müsahibəsi qələbə təbriki ilə başladı.

“Müdriklər deyirlər ki, “Haqqa şər atdılar, şərə düşdü. Şərə şər atdılar yerə düşdü”. Biz 30 ildir şərdən qurtara bilmirdik. Şükürlər olsun ki, şərdən qurtardıq. Allah bundan sonra firavan günlər yaşatsın. Bu yaxınlarda bizdə “Hanuka Bayramı” olacaq. Bu bayramın şamının işıqları kimi , işıqlı günlər nəsib olsun Azərbaycana, inşallah”. Azərbaycan xalqını və bütün dünyanı, qələbənin memarı Ali Baş Komandanı cahanşümül qələbə münasibəti ilə Azərbaycan və dünya yəhudiləri adından təbrik edirəm. Biz bu qələbəni 30 il gözləmişik, Allah eləsin ki, Azərbaycan şər qüvvələrdən uzaq olaraq bir də belə bir şərə düşməsin”.

“Xoşbəxt o kəslərdir ki, evində xoşbəxtdir. Azərbaycan bizim evimizdir. Biz də Azərbaycan xalqı ilə birgə “Hanuka bayramı” nın şamları kimi işıqlı günə çıxaq. Azərbaycanda 40-a qədər xalqın nümayəndəsi yaşayır. Bəyəm hərəyə bir status vermək lazımdır? Bizim konstitutiyamız var, biz də konstitusiyaya görə Azərbaycan vətəndaşlarıyıq. Bundan artıq adama nə verərlər? O ki, qaldı Azərbaycanda multikultiralizm, tolerantlıq məsələsinə bunu dünyanın 20-dən çox universitetində Azərbaycandan öyrənirlər. Ümumiyyətlə tolerantlıq xalqın canında olmalıdır”.

İcma sədrinin sözlərinə görə Azərbaycanın məhz yüksək mədəniyyətinin nəticəsidir ki, burada yaşayan bütün xalqlar qardaşlıq, sülh və əminamanlıq şəraitindədirlər:

“Siz təsəvvür edin, mənfur qonşularımız bu müharibəni dini müstəviyə keçirmək istədilər və çox da çalışdılar. Amma onlar bircə şeyi başa düşə bilmədilər ki, bunun üçün Azərbaycanda zəmin yoxdur və heç vaxt da olmayıb. Elə buna görə də alınmadı!

Mən sentyabr ayının 30-da döyüş bölgələrində oldum. İnanın Allaha, bu xalqın mətinliyi məni heyran elədi. Xalqın dözümü, xalqın ordu ilə birliyi, xalqın orduya inamı, ordunun Ali Baş Komandana inamı, ən əsası 3-lükdə xalq, ordu, Ali Baş Komandanın birliyi təsadüfi deyil”.

Milix Yevdayev deyir ki, ermənilər xislətlərinə uyğun olaraq xalqımın incə hissinə toxunublar:

“Bilirsinizmi, kömür qaradır, yanmayanda da soyuq olur. Deyirlər yandırmasa da amma qarayaxmağı var. Bunların da xislətində var qarayaxma. Belə bir söz deyim, uca Allah 5 günə kainatı yaradıb, altıncı gün isə insanı. Deyib ki, mən insan oğlunu yer üzünün əşrəfi yaratdım və sizə müqəddəs olan sevgi ruhumu aşıladım, sizlərə xoşbəxt olmaq üçün bütün yaratdıqlarımın şahı kimi şüur verdim, həmçinin sizin xoşbəxt olmağınız üçün hər şey var. Amma mənfur düşmənimizdə olan xislətlə, qarayaxma ilə, özgələrinə zülm verməklə xoşbəxtliyə çata bilərlər”.

“Ermənilər yaxşı bilirdi bu torpaqların sahibləri qayıdacaq”- deyən İcma sədri qeyd etdi ki, Kəlbəcərdə son günlər də yaşananlar bunu deməyə əsas verir ki, onlar bu torpaqlara aid deyillər:

“Möhtərəm Prezidentimizin dediyi kimi biz onları qovduq. Bəlkə də onlar heç qəbir də aparmayıblar, sadəcə erməni bunu göstərmək üçün edib. Bununla onlar sübut elədilər ki, bir də bu torpaqlara ayaqları düşməyəcək! Üzr istəyirəm, “unitazı qucaqlayıb aparır”. Bu onun nə dərəcədə düşkün olmasını göstərir, eləcə də səviyyəsizliyini göstərir. Bundan başqa, onun mahiyyəti bir şey deyil, onun qandığı odur! Onun həyat fəlsəfəsi odur. Başa düşürsünüzmü? Yəni meşələri də yeniləmək olar, həyatı da. Bütün 30 il ərzində bu insanlar daşı-daş üstünə qoymayıb. Ancaq sökmək və talamaqla məşğul olublar. Niyə? Çünki biliblər ki, bu torpağın sakinləri qayıdacaq”.

Milix Yevdayev deyir ki, Azərbaycanın gözəl günləri hələ bundan sonra başlayır. Çünki, yaxşılıq da, pislik də dəniz dalğası kimidir. Yaxşılığın ömrü olmur, əbədidir. Azərbaycan xalqı yaxşıdır, ona görə yaşanılası günlər hələ bundan sonradır.

“Uzun əsrlərdir ki, biz Azərbaycanda yaşamışıq. Bu məbədi Azərbaycan Prezidenti tikib bizə bağışlayıb. Özü də harada? Millətin 96 faizi islam dininə qulluq edən dövlətdə. Bu dünyada anoloqu olmayan bir şeydir. Mən ezamiyyət dövrü bunu xarici ölkələrdə deyəndə məəttəl qalırlar. Bəzən də inanmırlar. Biz Fransada Sinaqoqa girmək üçün əli avtomatlıların dəhlizindən keçdik. Bizim qapımız burada açıqdır. Fransızlar Bakıda buranı görəndə sual verirlər ki, qorxmursuz? Deyirəm, nədən qormalıyıq ki, biz vətəndəyik!”

Qələbəmiz davamlı və dayanıqlı olsun! Xoş günlərdə görüşmək diləyi ilə!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253

Oxşar yazılar