20 ildir küsülü olan sənətçilər BARIŞDI
18 noyabr 2020 18:15 (UTC +04:00)

20 ildir küsülü olan sənətçilər BARIŞDI

Türkiyənin 20 ildir küsülü olan tanınmış sənətçiləri Alişan və Mahsun Kırmızıgül barışıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alişan bu barədə danışıb. O bildirib ki, başına gələn bədbəxt hadisədən sonra Kırmızıgül onun evinə gəlib: “Mahsun Kırmızıgül evimə gəldi. Məni utandırdı. 20 il sonra oturub danışdıq. Həyat həqiqətən də boşdur. Zəlzələ oldu, o qədər insan öldü. İnsanın çörəyinə və namusuna qarışılmadıqdan sonra başqa barışılmayacaq hadisə yoxdur. Keçirdiyim avtomobil qəzasından sonra sənət aləmindən məni heç tanımayan, mənim tanımadığım o qədər çox insan zəng edib halımı soruşdu ki...”.

Alişan bundan sonra bu cür məsələlərdə daha həssas olacağını da açıqlayıb.

# 4276
avatar

Aygün İbrahimli

Oxşar yazılar