347
18:07
16 Noyabr 2020

Ermənistanın keçmiş prezidentinin arvadı reanimasiyadadır: vəziyyəti ağırdır

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın arvadı Rita Sərkisyan reanimasiyaya düşüb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu barədə “Nairi” tibb mərkəzinin direktoru Anatoli Qnuni məlumat verib.

“O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır və artıq iki həftədir reanimasiya şöbəsindədir”, - Qnuni bildirib.

O, Rita Sərkisyanın xəstəxanaya yerləşdirilməsinin səbəbini doğmalarının açıqlamağa icazə vermədiyini də vurğulayıb. Xəstəxanadakı mənbə isə keçmiş prezidentinin arvadının koronavirusa yoluxduğunu deyib.

Dİgər xəbərlər