900
17:32
16 Noyabr 2020

Ermənistan ordusunda həbslər başladı - Qarabağ məğlubiyyətinə görə

Qarabağda məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitənin sədri polkovnik Vitali Voskanyan bildirib.

Onun sözlərinə görə, Qarabağda döyüşlərdə erməni hərbi qulluqçularının ölümünə səbəb olan zabitlər arasında tutulanlar var: “Günahsız yerə hərbçilərin ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”.

Ermənistan MN-in rəsmisi qeyd edib ki, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb, cinayət işi çərçivəsində kifayət qədər dəlillər toplanıb.

O, bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bu şəxslərin bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu vurğulayıb: “Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”.

Dİgər xəbərlər