Zərdabda intihara cəhdin qarşısı alınıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 14-də saat 21 radələrində Zərdab rayon sakini A.Rüstəmov özünü rayon ərazisindən keçən Kür çayının üzərindəki körpüdən atmağa cəhd edib.
Ərazidə xidmət aparan Ağcabədi rayonlararası Mühafizə Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində cəhdin qarşısı alınıb. Həmin şəxs araşdırma aparılması üçün Zərdab rayon Polis Şöbəsinə təhvil verilib.