“Azərbaycanda sərt karantin rejiminə ehtiyac olmaya bilər” - Köln Universiteti Klinikasının doktorundan TƏKLİF
14 noyabr 2020 14:08 (UTC +04:00)

“Azərbaycanda sərt karantin rejiminə ehtiyac olmaya bilər” - Köln Universiteti Klinikasının doktorundan TƏKLİF

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev koronavirusa yoluxmuş xəstənin klasterlərdə (topluluq - red.) təmasda olduğu şəxslərin karantinə alınması ilə bağlı yeni təklif edib.

Bununla bağlı Lent.az-a açıqlama verən azərbaycanlı alim bildirib ki, yoluxmuş şəxslə ünsiyyətdə olanların əksəriyyəti özlərindən xəbərsiz virusu yayırlar.

Onun sözlərinə görə, tibb elminin gəldiyi son qənaət ondan ibarətdir ki, bir viruslu xəstənin kontaktlarının, təxminən, 75-80%-i virusun pozitivliyi sübut olunmadan belə karantinə alınmalıdır, çünki onlar virusun yayılmasına səbəb olurlar:

“Amma bu viruslu xəstənin klasterdə iştirakı zamanı orada olan digər insanların viruslu xəstənin yerdə qalan 20-25% kontaktlarına aid olub-olmaması məsələsi qaranlıq qaldığından hər kəsin karantinə alınması bildirilirdi. Son elmi tədqiqatlardan biri isə sübut edib ki, bu problemi ən yeni sürətli (ekspres) antigen testləri ilə həll etmək olar. Belə ki, 10-15 dəqiqə içərisində cavabı bəlli olan bu sürətli testlər vasitəsilə viruslu xəstənin iştirak etdiyi klasterdə olan şəxslərin virusa yoluxub-yoluxmadığını müəyyən etmək olar.  Əgər 2 və ya 3 nəfərdə pozitiv nəticə qısa zamanda bəlli olarsa, o zaman bu klasterdə olan insanların hamısı karantinə alınmalıdır. Bu üsul Azərbaycanda tətbiq edilərsə, sərt karantin rejiminə ehtiyac olmaya bilər. Nəzərinizə çatdırım ki, bunun tətbiqi Almaniya və bir çox Avropa ölkələrində virusla bağlı hazırki vəziyyətə görə mümkün deyil. Buna görə də bu, Azərbaycanda tətbiq edilərsə, bu ölkələrlə müqayisədə virusla mübarizədə ciddi şəkildə önə çıxa bilər ki, bu da hər yerdə nümunə kimi göstərilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1556

Oxşar yazılar