Bəzi buketlər sahibinə xoşagəlməz enerji gətirə bilər. Ezoteriklər müəyyən çiçəklərin hədiyyə edilməsinin arzuolunmaz olduğunu bildirir və onların fikrincə, bu qaydalara əməl etmək bəlalardan qorunmağa kömək edə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, florist AnaRaya açıqlamasında bildirib ki, hədiyyə üçün bitki seçərkən simvolikaya xüsusi diqqət yetirilməlidir.
Hər bir çiçək fərqli enerji daşıyır və bəzən ən gözəl və məşhur güllər belə mənfi təsirlər yarada bilər.
Onun sözlərinə görə xizantemalar, xüsusilə də ağ rəngdə olanlar canlılar və ölülər dünyası arasında keçidin simvolu sayılır. Onlar ağır enerji daşıyır.
Zanbaqlar həyat enerjisinin azalması, gücün tükənməsi və düşüncədə “tumanlılıq” yaratmaq kimi simvolik mənalarla əlaqələndirilir. Bu güllərin iş masasından uzaqda saxlanılması tövsiyə olunur.
Çox parlaq və ya çox tünd çiçəklər
Mütəxəssis çox parlaq və qara çalara yaxın çiçəklərin də evdə uzun müddət saxlanılmamasını məsləhət görür. Bu güllər emosional gərginlik yarada bilər.
Barbaris - ruh düşkünlüyü və daxili tükənmə ilə əlaqələndirilir.
Qətran çiçəkləri (barxattsy) - qıcıqlanma, əsəbilik və konflikt enerjisi ilə bağlanır.
Kallalar - münasibətlərdə harmoniyanın pozulmasına və ağır, çətin həyat mərhələlərinə səbəb ola biləcəyi düşünülür.
Qvazniklər niyə hədiyyə edilmir?
Qvozdika (mixək) sovet dövründən dövlət bayramlarının və rəsmi tədbirlərin simvolu kimi tanınsa da, bizim mədəniyyətdə daha çox dəfn mərasimləri ilə əlaqələndirilir. Buna görə də, onlar itki, soyuqluq, kədər və keçmiş ağrılar simvolu hesab edilir, yarpaqlarının “alov dili” formasına bənzəməsi onların enerji baxımından gərginlik və daxili mübarizə ilə assosiasiya edilməsinə səbəb olur.
Ağ xrizantemalar niyə hədiyyə edilməməlidir?
Ağ xrizantemalar ağır transformasiya dövrünü simvolizə edir. Onlar həyat dövrünün sonunu və yeni mərhələyə keçidi bildirir, enerji tükənməsi, durğunluq və soyuqluq ilə bağlanır, münasibətlərdə və şəxsi psixologiyada “bağlanma”, bitmə enerjisi yarada bilər.
Mütəxəssisin sözlərinə görə, uyğun olmayan insana verildikdə, bu çiçəklər enerji itkisi və psixoloji çətinliklər yarada bilər.
Ad günündə hansı gülləri hədiyyə etmək olmaz
Ad günü “yeni mən”in başlanğıcı hesab edildiyi üçün aşağıdakı çiçəklər hədiyyəyə uyğun deyil saxlanmış quru çiçəklər, tez solan çöl çiçəkləri və istənilən növ süni çiçəklər.
Bundan əlavə:
barxattsy - maliyyə enerjisinin başqasına ötürülməsi ilə əlaqələndirilir;
lavanda - şəxsi münasibətlər və sevgi enerjisi daşıdığı üçün yalnız sahibinə uyğun sayılır;
orkide - göz yaşı və kədər simvolu kimi qəbul edilir.
Toyda hansı güllər hədiyyə edilməməlidir
Toy ruhani birləşmə aktı olduğundan, buketlərin energetik təsiri ikiqat artır. Mütəxəssis aşağıdakı güllərin toy üçün yararsız olduğunu bildirir.
Qərənfil, quru və süni çiçəklər, çox tünd çiçəklər, kallalar (dəfn simvolikası ilə bağlıdır), zanbaqlar (su stixiyası ilə əlaqəlidir və münasibətlərdə emosional dalğalanma yarada bilər).