Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN  - VİDEO  - YENİLƏNİB
24 noyabr 2025 17:17 (UTC +04:00)

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN - VİDEO - YENİLƏNİB

1

Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

***

saat 16:47

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1044

Oxşar yazılar