Adolf Hitler yenidən namizədliyini  irəli sürdü
24 noyabr 2025 17:14 (UTC +04:00)

Adolf Hitler yenidən namizədliyini irəli sürdü

0

Namibiyada yerli siyasətçi, Ompundja rayonunun rəhbəri Adolf  Hitler Uunona noyabrın 26-da keçiriləcək regional seçkilərdə iştirakını təsdiqləyib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Namibiyada qeyri-adi adı olan yerli siyasətçi yenidən diqqəti cəlb edib: Adolf Hitler Uunona.

Ompundya rayon qubernatoru noyabrın 26-da keçiriləcək regional seçkilərdə iştirakını təsdiqləyib. O, bu vəzifəni 2004-cü ildən bəri tutur və 2020-ci il seçkilərində səslərin təxminən 85 faizini toplayaraq yenidən seçilib.

Son illərdə Uunonu rayon sakinləri tərəfindən getdikcə artan təzyiqə məruz qalır və onlar inkişaf və infrastrukturun olmamasından şikayətlənirlər. Seçicilərdən biri məmurun işə diqqət yetirməməsindən narazılığını bildirib.

Uunona özü adını atasının soyadın tarixi əhəmiyyətindən xəbərsiz olduğunu deyərək izah edir. O, nasist cinayətləri ilə heç bir əlaqəsinin olmadığını və Adolf  adını yalnız ictimai tədbirlərdə istifadə etdiyini vurğulayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar