Dünyada ilk dəfə:  İnsan "quş qripi"nə  yoluxdu
24 noyabr 2025 13:58 (UTC +04:00)

Dünyada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

0

ABŞ-da ilk dəfə insanda H5N5 ştammı ilə "quş qripi" infeksiyası qeydə alınıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Vaşinqton ştatının Qreyс-Harbor dairəsində yaşayan bir sakin yüksək hərarət, tənəffüs çətinliyi və şüur pozuntusu səbəbilə xəstəxanaya yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu, həmçinin xroniki xəstəliklərinin mövcudluğunu bildirib.

Ştatın Səhiyyə Departamentinin açıqlamasına əsasən, xəstə evində müxtəlif növ ev quşları saxlayıb və həmin quşlar tez-tez vəhşi quşlarla təmasda olub. Yoluxmanın mənbəyinin də məhz bu olduğu ehtimal edilir. Qeyd olunur ki, H5N5 virusu indiyə qədər yalnız heyvanlar arasında dövr edirdi və insanlar üçün təhlükəli ştamm kimi tanınmırdı.

Mütəxəssislər infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstənin təmasda olduğu şəxsləri izləməyə başlayıb. Rəsmi şəxslər bildirir ki, insanlarda bu cür hallar son dərəcə nadir olur və adətən xəstə quşlarla birbaşa təmas nəticəsində yaranır. Miqrasiya mövsümünə görə regiondakı təsərrüfatlar üçün risklərin artdığı da vurğulanır.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bildirir ki, H5N5-in qeydə alınmasına baxmayaraq, ümumi əhali üçün risk aşağı olaraq qalır. Daha əvvəl digər quş qripi ştammları, xüsusilə H5N1 və H7N9 insanlarda yoluxma halları ilə müşahidə edilsə də, insanlar arasında geniş yayılma qeydə alınmayıb.

Ştatda quşçuluqla məşğul olanlara təsərrüfatlardakı quşların sağlamlığını diqqətlə izləmək, xəstəlik və ya kütləvi ölüm hallarını dərhal bildirmək tövsiyə olunur. Vətəndaşlara isə vəhşi ölü quşlara toxunmamaq, pasterizə olunmamış məhsullardan və çiy ət istehlakından çəkinmək barədə xəbərdarlıq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar