Naftalan sanatoriyadan 66 yaşlı kişinin meyiti aşkarlanıb.
Lent.az xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən "Sağlamlıq " sanatoriyasında qeydə alınıb.
Meyiti tapılan şəxsin Zaqatala rayon sakini 66 yaşlı İ.Murtuzov olduğu məlum olub.
İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn İ.Murtuzov ürək tutmasından dünyasını dəyişib.