Nazirdən açıqlama: 2050-ci ilə qədər 2,5 milyon pişik  öldürüləcək
24 noyabr 2025 23:47 (UTC +04:00)

Nazirdən açıqlama: 2050-ci ilə qədər 2,5 milyon pişik öldürüləcək

0

Yeni Zelandiyanın təbiətin mühafizəsi naziri Tama Potaka 2016-cı ildən bəri qüvvədə olan "Yırtıcısız 2050" strategiyasına ilk dəfə yeni bir növün əlavə edildiyini açıqlayıb.

Lent.az xəbər verir ki, nazir Potaka vəhşi pişiklərin soyuqqanlı qatillər olduğunu və onların gəlincik, dələ və siçovul kimi növlərlə eyni şəkildə hədəf alınacağını bildirib.

Əvvəllər bəzi ərazilərdə nəzarət altına alınan və öldürülən vəhşi pişiklər indi koordinə edilmiş şəkildə və hərtərəfli məhv proqramlarına məruz qalacaqlar.

Qeyd edək ki, ölkənin təbii meşələrində və adalarında 2,5 milyondan çox vəhşi pişiyin yaşadığı təxmin edilir.

Quyruğu ilə birlikdə uzunluğu bir metrə çata bilən və çəkisi 7 kiloqrama qədər olan bu pişiklər yerli növlərə böyük təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar