"Editor.az" 13 yaşında
24 noyabr 2025 14:22 (UTC +04:00)

"Editor.az" 13 yaşında

0

Bu gün Editor.az informasiya portalının fəaliyyətə başlamasından 13 il ötür.

2012-ci ildən etibarən fəaliyyət göstərən portal bu illər ərzində Azərbaycanın internet media məkanında özünəməxsus yer və nüfuz qazanıb. Portalın informasiya bloklarında ölkənin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbərlər, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar geniş şəkildə təqdim olunur.

Fəaliyyətə başladığı ilk gündən Editor.az dəqiq və qərəzsiz informasiya vermək, hadisələrə obyektiv yanaşmaq və mütəxəssis rəylərini oxuculara çatdırmaq prinsipinə sadiqdir.

Operativ, dəqiq və tərəfsiz informasiya siyasəti yürüdən Editor.az bütün aparıcı sosial şəbəkələrdə aktiv şəkildə fəaliyyət göstərir və geniş auditoriya tərəfindən izlənilir.

Editor.az həmçinin Türkiyə, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Litva, Estoniya və Pakistanın nüfuzlu media qurumları ilə əməkdaşlıq haqqında memorandumlar imzalayaraq beynəlxalq informasiya mübadiləsini daha da genişləndirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı portalın Editor TV internet televiziyası fəaliyyətə başlayıb. Müharibənin ən gərgin dövrlərində Editor TV “YouTube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla material hazırlayıb. Həmin materiallar hətta Ermənistan mətbuatının gündəmini də məşğul edib.

Bu gün Editor.az-ın Azərbaycanın bütün bölgələrində, eləcə də bir sıra xarici ölkələrdə geniş və dinamik izləyici auditoriyası mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 78

Oxşar yazılar