Misirə gedəndə bu YEMƏKLƏRİN  dadına baxmağa dəyər
24 noyabr 2025 14:13 (UTC +04:00)

Misirə gedəndə bu YEMƏKLƏRİN dadına baxmağa dəyər

0

Turistlərin böyük əksəriyyəti üçün Misir ya çimərliklər, ya da piramidalar və Sfinks deməkdir. Bəzən isə bu ikisinin birləşməsi. Lakin çox az qonaq ölkənin yerli mətbəxi ilə maraqlanır və bu, əslində, yanlış yanaşmadır.

Lent.az xarici mediaya istinadla Misirdə hansı yerli yeməklərin dadlı olduğu barədə xəbər veirr.  

Misir mətbəxi ilə tanışlığa ən populyar küçə yeməklərindən başlamaq olar. Mütəxəssislər aşağıdakı təamları xüsusilə qeyd edirlər:

taamiyə – üyüdülmüş lobya püresindən hazırlanan kotletlər;

ful medammes – kimyonla doğranmış və adətən ayş baladi çörəyi ilə verilən bişmiş lobya;

miş – acı, fermentləşdirilmiş pendir;

beyd bel basturma – pastırmalı yumurta;

betenqan mexaləl – marinadlanmış badımcan.

Ölkədə müxtəlif kabab növləri geniş yayılıb. “Maşviyat” termini altında toyuqdan tutmuş mal ətinə qədər kömürdə bişirilən hər cür ət başa düşülür. Mütəxəssislər həmçinin sarımsaq, ədviyyat və cəfəri ilə hazırlanan kyofta kotletlərinin misir versiyasını dadmağı tövsiyə edirlər.

Vegeterianlar üçün yeməklər

Vegeterian turistlər aşağıdakı məşhur yeməkləri dadına baxa bilərlər:

baba qanuc – qril edilmiş badımcandan hazırlanan dip;

sambusek – içi pendirlə doldurulmuş samsa tipli xəmir yeməyi;

fitir – samna ilə hazırlanan qat-qat xəmir. Bal, qaymaq, duzlu pendir sousu və ya ət, pendir, tərəvəz, yumurta kimi içliklərlə verilir;

kuşari – makaron və ya vermişel, düyü, qəhvəyi mərci, noxud və qızardılmış soğanın qarışığı. Üzərinə ədviyyəli pomidor sousu əlavə olunur.

Balıq və dəniz məhsulları

İki tərəfdən dənizlə əhatə olunan Misirdə dəniz məhsulları sevənlər üçün də geniş seçim var:

zeytun yağı və limonla bişirilmiş və ya ədviyyəli tərəvəzlərlə qril edilmiş dəniz levreği və ya kefal, balıqlı yuxa və ya çörək növləri, müxtəlif karides, molyusk, kalmar, ahtapot yeməkləri;

bissariya – bütünlüklə qızardılıb başsız yeyilən kiçik, gümüşü balıq.

Ev üslubunda Misir yeməkləri

Misirdə ənənəvi və daha “ev yeməyi” sayılan təamlar da mövcuddur:

moloxiya – cüt (jut) yarpaqlarından hazırlanan ənənəvi şorba;

taqen – ət və ya tərəvəzlə pomidor əsaslı qazan yeməyi;

fatta – düyü, tərəvəz, qaynadılmış ət parçaları və qızardılmış pitadan ibarət qarışıq. Üzərinə sarımsaq-pomidor sousu və ya qatıq əlavə olunur;

ruz meammar – təzə qaymaq, süd və samna ilə hazırlanıb gil sobada bişirilən düyü yeməyi;

mahşi – bibər, badımcan, balqabaq və pomidor kimi tərəvəzlərin düyü, soğan, göyərti, ədviyyat və bəzən ətlə doldurulmuş forması;

içi ədviyyəli düyü ilə doldurulmuş qızardılmış ördək;

hamam mahşi – düyü ilə doldurulmuş qızardılmış göyərçin.

Misir desertləri

Misirdə müxtəlif pirojnalar və pudinqlər boldur. Mütəxəssislər xüsusilə aşağıdakı şirniyyatları tövsiyə edirlər:

Umm Ali – qat-qat xəmirin şirin südlə isladılıb qoz-fındıq və kişmişlə verildiyi desert;

basbusa – şərbətlə isladılmış mannı tortu;

ruz bi laban – ədviyyatlı düyü pudinqi;

mahallebiyə – hil və qızılgül suyu ilə dadlandırılan südlü krem;

zalabya – bal və ya şərbətə batırılan qızardılmış xəmir topları;

Misir üslubunda kunafa – içində şirin qaymaq və ya pendir olan filo xəmir qatları.

Misir içkiləri

Misirdə çay və qəhvə çox sevilir, lakin çayın içində adətən həddindən artıq şəkər olur.

Ənənəvi içkilər sırasına bunlar daxildir:

sahlab – süd, şəkər və ağ orkide köklərindən hazırlanan qatı içki, hibiskusdan hazırlanan karkade çayı, qaraqovaq (keçibuynuzu) şirəsi, şəkər qamışı şirəsi, mövsümi manqo, qvava və dum xurması şirələri.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar