Van şəhərindəki bir oteldə vəkil B.K. ilə otel sahibləri arasında mübahisə dəhşətlə nəticələnib. Vəkil otel sahibini, ata və oğlunu güllələyərək öldürüb. Vəkil və qardaşı saxlanılıb və hadisə ilə bağlı araşdırma başlanıb.
Lent.az-ın Türkiyə KİVnə itinadla xəbərinə görə, hadisə fecə saat 3 radələrində Vanın İpekyolu rayonunun Bahçıvan məhəlləsindəki bir oteldə baş verib. Otelə gəldiyi bildirilən vəkil B.K. ilə otel sahibləri arasında naməlum səbəbdən mübahisə baş verib.
Mübahisə qızışdıqca vəkil B.K. otel sahibi ata və oğlunu güllələyib. Ata və oğul hadisə yerində ölüblər.
Vəkil B.K. və qardaşı saxlanılıb. Dəhşətli hadisənin səbəbləri araşdırılır.