67
19:47
10 Noyabr 2020

“Onlarla fəxr edirik” – Rəşad Sadıqov

“Bütün Azərbaycan xalqını, dövlətimizi, ordumuzu ürəkdən təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc çalışdırıcı klubun rəsmi saytına açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda tarixi zəfərinə münasibət bildirib: “Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Uzun illər idi ki, işğal altında olan torpaqlarımızın azad olması arzusu ilə yaşayırdıq. Allaha şükür, bu günləri yaşayırıq. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuzu ürəkdən təbrik edirəm. Bu günləri bizə yaşatdığına görə onlara təşəkkür edirəm. Onlarla fəxr edirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Yaralılarımıza Allah şəfa versin. Bir daha bütün Azərbaycan xalqını bu zəfər münasibətilə ürəkdən təbrik edirəm. İşğaldan azad olunmuş torpaqlarımıza ayaq basmağımızı, orada zaman keçirməyimizi səbirsizliklə gözləyirəm”.

Dİgər xəbərlər