DYP: "Mövcud qaydalara əməl edilməsini bir daha xahiş edirik"
10 noyabr 2020 17:05 (UTC +04:00)

DYP: "Mövcud qaydalara əməl edilməsini bir daha xahiş edirik"

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edib.

Lent.az xəbər verir ki, müraciətdə deyilir:
 
“Noyabrın 10-da Azərbaycan Ordusunun tarixi qələbəsi ilə əlaqədar ölkə ərazisində, o cümlədən, Bakı şəhərində ötən saatlardan etibarən küçə və prospektlər üzrə hərəkət iştirakçılarının, vətəndaşlarımızın sevincini səmimi qəbul edirik.

Məlumat üçün bildiririk ki, vətəndaşların avtomobillərdən yıxılması, qarşı hərəkət zolağına çıxması, nəqliyyat axınına qarşı hərəkət etməsi, lüzumsuz səs siqnallarının verilməsi, ümumiyyətlə yol hərəkəti qaydalarını kobud pozaraq digər yol hərəkəti iştirakçılarına təhlükə yaratması faktları tərəfimizdən aşkar olunub və bu da ciddi narahatlıq doğurur.

Bununla yanaşı bildirmək istəyirik ki, ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar olaraq, tətbiq olunan komendant saatı və xüsusi karantin rejimi qüvvədədir.

Mövcud vəziyyətlə əlaqədar olaraq, hazırda paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tam nəzarətə götürülməklə xidmətin təşkili davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq, paytaxt sakinlərindən yollarda hərəkətin təhlükəsizliyini, həmçinin komendant saatı və karantin qaydalarının təmin edilməsi məqsədilə mövcud qaydalara əməl edilməsini bir daha xahiş edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar