Qarabağla bağlı razılaşmada ABŞ və Fransa iştirak etməyib - Kreml
10 noyabr 2020 14:20 (UTC +04:00)

Qarabağla bağlı razılaşmada ABŞ və Fransa iştirak etməyib - Kreml

“ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli - Rusiya, Ermənistan və Azərbaycanın sazişidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, üçtərəfli bəyanatdır”, - Rusiya prezidentinin sözçüsü Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransanın iştirak edib-etməməsi ilə bağlı suala cavabında vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar