Daha 23 kənd işğaldan azad edildi
09 noyabr 2020 13:50 (UTC +04:00)

Daha 23 kənd işğaldan azad edildi

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir".

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev tvitter hesabında yazıb. 

"Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!", - dövlət başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238

Oxşar yazılar