54
12:20
08 Noyabr 2020

Daşkənddə yaşayan iki azərbaycanlı məktəbli yaralanan uşaqlara ianə etdilər

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar ordumuzun əks-hücumu nəticəsində işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edilib.

Lent.az bildirir ki, Azərbaycanın Özbəkistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Daşkənd şəhərində yaşayan iki azərbaycanlı məktəbli səfirliyə məktub göndərərək bildiriblər ki, Silahlı Qüvvələrə Yardım Fonduna və yaralanan uşaqlara ianə ediblər.

Məktubda deyilir: “Mən, Məmmədova Mələk, qardaşım Elxanla birgə yığdığımız pulu Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna, Gəncə və Bərdə şəhərlərinin erməni terrorçuları tərəfindən atəşə tutulması zamanı zərər çəkən uşaqlara göndərdik. Biz uzun müddətdir ki, bu pulu öz maraqlarımız üçün yığırdıq. Eşidəndə ki, Qarabağda azadlıq müharibəsi başlayıb, pulu daha çox ehtiyacı olan uşaqlara göndərmək qərarına gəldik.

Vətən torpaqlarının işğalçı Ermənistan ordusundan azad olunması yolunda Silahlı Qüvvələrimizə uğurlar və tezliklə daha böyük zəfərlər arzulayırıq.

Dİgər xəbərlər