95
17:53
07 Noyabr 2020

Ermənilər Füzuli və Cəbrayılda daşı daş üstə qoymayıblar - FOTO-REPORTAJ

Füzuli və Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərinə media-tur təşkil olunub.

APA-nın media-turda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, jurnalistlər Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunan ərazilərində olub, düşmənin xarabalıqlara çevirdiyi kənd və qəsəbələrimizdəki vəziyyətlə yerində tanış olublar.

Cəbrayıl rayonunun bir neçə kəndi və Füzuli şəhərindəki ümumi mənzərə onu deməyə əsas verir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında daşı daş üstə qoymayıb, evləri, mülki obyektləri viran qoyub, tarixi abidələrimizi, qəbiristanlıqlarımızı dağıdıb, məscidlərimizdə mal-qara saxlayıblar.

APA Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilən ərazilərin fotolarını təqdim edir.

Dİgər xəbərlər