124
16:59
06 Noyabr 2020

Koronavirus statistikası: 1465 nəfər yoluxdu, 805 nəfər sağaldı, 17 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 62338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14257 nəfərdir.

Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə 1417368 test aparılıb.

Dİgər xəbərlər