75
10:52
06 Noyabr 2020

Tibb işçisi karantin qaydalarını pozdu

Qubada tibb işçisi karantin qaydalarını pozub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Quba rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba rayon Mərkəzi Xəstəxanasında koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.

Yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış və o, saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.

Hal-hazırda faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır

Dİgər xəbərlər