Dövlət binasından oğurluq edən saxlanıldı
05 noyabr 2020 12:25 (UTC +04:00)

Dövlət binasından oğurluq edən saxlanıldı

Sentyabrın 10-da Xanlar küçəsindəki fəaliyyət göstərməyən inzibati binaların birindən 1500 manat dəyərində 2 ədəd ödəmə terminalı, müşahidə kamerasının yaddaş aparatı, kondisionerin 4 ədəd mühərriki və 6 ədəd radiator oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Heydərov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar