174
17:22
04 Noyabr 2020

Putin yenə Qarabağ müharibəsindən DANIŞDI

“Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün özündən asılı olan hər şeyi edir və edəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşündə deyib.

“Bilirsiniz ki, Rusiya Cənubi Qafqazdakı münaqişənin tez bir zamanda bitməsi, insanların həyatının qorunub saxlanılması üçün özündən asılı olan hər şeyi edir. Qarabağdakı münaqişədə tərəflərin qarşılarına qoyduğu məqsədlərə sülh yolu ilə də nail olmaq olar. Bütün hallarda biz həm Ermənistanla, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə nail olacağıq”, - Rusiya prezidenti vurğulayıb.

Dİgər xəbərlər