"Beynəlxalq təşkilatları ölkəmizə dəvət edirik" - Hikmət Hacıyev
28 oktyabr 2020 15:30 (UTC +04:00)

"Beynəlxalq təşkilatları ölkəmizə dəvət edirik" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Bərdəyə raket atmasına münasibət bildirib.

Lent.az xəbər verir ki, bu barədə o özünün "Twitter" hesabında məlumat paylaşıb:

"Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı törədib. Ölənlərin sayı 20-yə çatıb, yaralıların sayı 40-dan çoxdur. Hamısı günahsız mülki şəxslərdir. Cinayətdə "Smerç" raketlərindən istifadə edilib. "Human Rights Watch" və "Amnesty İnternational"ı Ermənistanın bu cür cinayətlərinin yerində qiymətləndirilməsi üçün dəvət edirik".

# 1003
avatar

Mehman Nəbiyev

Oxşar yazılar