174
02:13
25 Oktyabr 2020

Ermənistanda görünməmiş biabırçılıq: hərbi çağırışdan yayınmaq üçün...

Ermənistanda hərbi səfərbərlikdən yayınmaq üçün müxtəlif yollarla koronavirusa (COVID-19) yoluxmanı təsdiq edən saxta arayiş əldə edənlərin sayı kütləvi hal alıb.

APA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxta yolla özünü koronavirus xəstəliyinə "yoluxdurmuş" çağırış yaşına çatan bir vətəndaşı saxlayıb.

İstintaq zamanı məlum olub ki, həmin vətəndaşın atası tibb mərkəzlərindən biri ilə “işbirliyi”nə girərək oğluna koronavirus xəstəsi olduğunu əks etdirən saxta arayiş alıb.

Laboratoriya əməkdaşlarının cinayət əməli üzə çıxıb. Tibbi personal pul qarşılığında virusa yoluxmuş digər pasientlərin analizləri əsasında həmin çağırışçı üçün saxta sənəd tərtib edib.

Saxtakarlığa əl atan şəxslər, eləcə də tibb mərkəzinin işçiləri nəzarət altına alınıb. Ermənistan MTX bu kimi halların kütləvi şəkildə mümkünlüyü nəzərə alınaraq, istintaq hərəkətlərini davam etdirdiyi bildirilib.

Dİgər xəbərlər