53
19:38
24 Oktyabr 2020

Rusiyalı ekspert: "Paşinyan və generalları məhkəmə qarşısına çıxacaqlar"

Azərbaycan Silahlı Qüvvələrinin ən yaxın operativ vəzifəsi Laçın dəhlizi üzərində nəzarəti əldə etməkdir. Bundan sonra Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi ancaq zaman məsələsidir. APA -nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı indiki müharibənin sərt reallığı belədir: "Strateji ümidsizlik vəziyyətində olan İrəvan Azərbaycanda geniş miqyaslı texnogen fəlakətə səbəb olmaq üçün Mingəçevir Su Elektrik Stansiyasının bəndinə və ya Azərbaycan neft və qaz infrastrukturunun kritik obyektlərinə kütləvi raket zərbəsi endirməyə cəhd edə bilər. Aparıcı dünya güclərinin bu cür hərəkətlərin qətiliklə yolverilməzliyi barədə Ermənistanı artıq xəbərdar etməsi vacibdir.

Buna görə Paşinyan və generalları avtomatik olaraq beynəlxalq məhkəmə qarşısına çıxacaqlar", deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Dİgər xəbərlər