83
10:55
22 Oktyabr 2020

"Qəbələyə Səddam Hüseynin istifadə etdiyi Skadlardan atəş açılıb" - Hikmət Hacıyev - FOTO

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Qəbələ şəhərinə Ermənistan ərazisindən raket atıldığını bildirib.

Lent.az xəbər verir ki, o bu barədə özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:

"Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib. Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi Skadlardan atəş açılıb. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".

Dİgər xəbərlər