Hulusi Akar: “Azərbaycanı bütün imkanlarımızla dəstəkləyəcəyik”
20 oktyabr 2020 17:42 (UTC +04:00)

Hulusi Akar: “Azərbaycanı bütün imkanlarımızla dəstəkləyəcəyik”

“Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq”.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik”, - deyə nazir vurğulayıb.

# 802
avatar

Oxşar yazılar