Bu müəllimlər təhsil müəssisələrinə gəlməməlidirlər - Nazir
16 oktyabr 2020 12:01 (UTC +04:00)

Bu müəllimlər təhsil müəssisələrinə gəlməməlidirlər - Nazir

“Avqust ayının sonundan yaşı 65-dən yuxarı olan şəxslər ümumtəhsil məktəblərində tədrisə cəlb edilmirlər, digər müəllimlər tərəfindən əvəzetmə qaydasında əvəz olunurlar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Belə müəllimlərin ali məktəblərdə daha çox olduğu və əsasən, distant təhsil verdiklərini söyləyən Təhsil naziri qeyd edib ki, o insanlar təhsil müəssisələrinə gəlmirlər və gəlməməlidirlər: “Uzun müddət işləmiş, fəxri adları olan müəllimlər əmək müqavilələri də uzadılır. Belə hallar var, ancaq indi hazırda bununla bağlı məndə statistika yoxdur. Koronavirus pandemiyasından sonra ümidimiz o müəllimlərin tədrisə qayıtmasıdır”.

# 763
avatar

Oxşar yazılar