Eden Azar “El Klasiko”da oynamayacaq
15 oktyabr 2020 17:31 (UTC +04:00)

Eden Azar “El Klasiko”da oynamayacaq

İspaniyanın “Real” klubunun hücumçusu Eden Azarın durumuna aydınlıq gəlib.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, Belçika millisinin kapitanı bir müddət “kral klubu”na kömək edə bilməyəcək.

Ulduz futbolçu hətta La Liqanın VII turu çərçivəsində “Barselona”ya qarşı keçiriləcək “El Klasiko”nu da buraxacaq. Baş məşqçi Zinəddin Zidan oyunçunun gələcəkdə yenidən zədələnməməsi üçün onun sağalma prosesinin sürətləndirilməməsini istəyib.

Qeyd edək ki, “Barselona” – “Real” görüşü oktyabrın 24-də “Nou Kamp” stadionunda keçiriləcək.

# 1306
avatar

Oxşar yazılar