10:43
14 Oktyabr 2020

"Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır" - Hikmət Hacıyev

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Silahlı Qüvvələrinin bu gün səhər saatlarından Tərtər şəhərini atəşə tutmasına münasibət bildirib.

Lent.az -ın məlumatına görə, H.Hacıyev bu barədə özünün rəsmi "twitter" hesabında bildirib ki, Ermənistanın humanitar barışığa "bağlılığı" tamamilə ikiüzlülükdür:

"Səhərdən etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalıb. Şəhər və kəndlərə 100-dən çox top mərmisi düşüb. Nəticədə bir nəfər həlak olub, 6 mülki şəxs yaralanıb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradıdır".

Dİgər xəbərlər