12:01
13 Oktyabr 2020

Rusiyada son sutkada 13 868 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 13 868 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 327 178 nəfərə çatıb.

Son sutka ərzində 244 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 22 966 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Dİgər xəbərlər