Rəşad Sadıqov Pepe ilə eyni siyahıda
08 oktyabr 2020 10:01 (UTC +04:00)

Rəşad Sadıqov Pepe ilə eyni siyahıda

Oktyabrın 7-də baş tutan yoldaşlıq görüşlərindən sonra milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında bəzi dəyişikliklər olub.

Apasport.az-ın məlumatına görə, 100 və daha çox matça çıxan oyunçuların siyahısında yer alan yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun da mövqeyinə təsir edib.

Artıq futbolçu karyerasını başa vuran sabiq müdafiəçiyə yeni şərik çıxıb. Bu, Portuqaliya millisinin futbolçusu Pepedir.

İspaniya ilə qolsuz heç-heçə müdafiəçinin 13 illik yığma karyerasında 111-ci matç olub. Bununla da Pepe 275-287-ci yerləri bölüşən oyunçulara qoşulub.

Sadıqovla Pepedən başqa daha 11 futbolçu - Qodfri Çitalu (Zambiya), Camal Busuttil (Malta), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Careh Əl-Ətiqi (Küveyt), İqor Akinfeyev (Rusiya), Səəd Əl-Muxaini (Oman), Alvaro Saborio (Kosta-Rika), Mehdi Kərim (İraq) və Mehdi Mahdavikiya (İran) da eyni mövqeyə şərikdir.

Qeyd edək ki, siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.

# 574
avatar

Oxşar yazılar