İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verdi
26 sentyabr 2020 14:58 (UTC +04:00)

İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

# 2308
avatar

Oxşar yazılar