Bakıda iaşə obyektində yanğın baş verib - FOTO
26 sentyabr 2020 04:44 (UTC +04:00)

Bakıda iaşə obyektində yanğın baş verib - FOTO

 

Bakının Nəsimi rayonunda kafedə yanğın qeydə alınıb.

APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində yerləşən kafedə baş verib.

İaşə obyektinin mətbəxində əvvəlcə tüstülənmə müşahidə olunub. Daha sonra mətbəxdəki avadanlıq yanıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb. Vaxtında edilən müdaxilə nəticəsində yanğın iaşə obyektinin mətbəxindən kənara keçməyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

# 1327
avatar

Oxşar yazılar