Koronavirus statistikası: 137 nəfər sağaldı, 101 nəfər yoluxdu, 2 nəfər öldü
25 sentyabr 2020 15:33 (UTC +04:00)

Koronavirus statistikası: 137 nəfər sağaldı, 101 nəfər yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39787 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir.

Ölkədə son sutka ərzində 1087578, hazırkı dövrədək isə 6705 test aparılıb.

 

# 1945
avatar

Oxşar yazılar