İrandan qanunsuz gətirilən dərmanı ölkəyə buraxanlar axtarılır  - VİDEO
25 sentyabr 2020 13:59 (UTC +04:00)

İrandan qanunsuz gətirilən dərmanı ölkəyə buraxanlar axtarılır - VİDEO

Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İrandan ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan iki yük avtomobilinə rentgen qurğusu ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən malların hər birinin fiziki yoxlanılması qərara alınıb.

Təkrar baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan "kosmetik vasitə" yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 2942 ədəd müxtəlif adda tibbi təyinatlı gel, 18 qutu həb şəkilli və 10 ədəd flakonda maye halında olmaqla müxtəlif adda dərman vasitələri aşkar edilib.

Qeyd olunan malların Azərbaycan gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

# 1678
avatar

Mehman Nəbiyev

Oxşar yazılar