Karyerasını  başa vurduğunu   elan etdi
29 sentyabr 2026 18:55 (UTC +04:00)

Karyerasını başa vurduğunu elan etdi

0

"Lill"in hücumçusu Olivye Jiru bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

"Bu, oyunçu kimi son mövsümümdür. Ona görə də hər andan zövq alıram", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Jiru vurğulayıb.

Jiru 2018-ci ildə Fransa millisi ilə Dünya çempionu olub. O, əvvəllər "Los-Anceles", "Milan", "Çelsi" və "Arsenal"da oynayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar