Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı
23 sentyabr 2020 19:11 (UTC +04:00)

Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı

Nazirlər Kabineti Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə qərar verirb.

Qərara əsasən, Azərbaycanın Kosmik Məsələlər üzrə Şurası yaradılır.

 “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” və tərkibi  təsdiq edilib.

***

Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi təsdiq edilib.

APA-nın məlumatınma görə, bu barədə Nazirlər Kabineti qərar verib. 

Qərara əsasən Kosmik Məsələlər üzrə Şurasının tərkibi aşağıdakı kimidir:

1. İqtisadiyyat naziri

2. Fövqəladə Hallar naziri

3. Maliyyə naziri

4. Kənd Təsərrüfatı naziri

5. Ekologiya və Təbii Sərvətlər naziri

6. Milli Aviasiya Akademiyasının rektoru

7. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru

8. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

9. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

10. Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

11. Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi.

***

Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının funksiyaları və hüquqları açıqlanıb.

Bu, Nazirlər Kabinetinin Kosmik Məsələlər üzrə Şuranın yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə qərarda öz əksini tapır.

Qərara əsasən, Şura kosmik fəaliyyət sahəsində dövlət proqramlarından irəli gələn vəzifələrin aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsinin monitorinq edilməsi; kosmik fəaliyyət sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinin və nəticələrinin təhlili, habelə dövlət proqramlarının təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflərin hazırlanması; kosmik fəzanın, o cümlədən uzaq kosmosun öyrənilməsinə və istifadəsinə dair işlərin aparılması istiqamətində sistemli araşdırmanın təşkil edilməsi; kosmik tədqiqatların nəticələrinin, kosmik sənaye məhsullarının ölkənin iqtisadiyyatında və ayrı-ayrı sahələrində istifadə edilməsi istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması və qəbul olunmuş qərarların icrasının monitorinq edilməsi; kosmik fəaliyyətin nəticələrindən istifadə edilməsi sahəsində tədbirlərin planlaşdırılması, habelə öz səlahiyyətləri daxilində belə tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi; dövlət orqanlarının (qurumlarının) kosmik texnologiyalara və xidmətlərə olan ehtiyac və tələbatının ödənilməsinə, habelə dövlət orqanlarının (qurumlarının) və təşkilatlarının mənafeləri üçün kosmik fəaliyyətin nəticələrindən istifadə edilməsinə dair tövsiyələrin hazırlanması; Azərbaycan Respublikasında və xaricdə kosmik fəaliyyətin nəticələrindən istifadənin elmi-texniki, istehsal, istifadəçi (operator), təhsil və innovasiya strukturunun formalaşdırılmasının kompleks problemlərinin həllinə dair təkliflərə baxılması və tövsiyələr verilməsi; kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin verilməsi;  kosmik fəaliyyətin nəticələrindən istifadə əsasında həyata keçirilən pilot və digər layihələr üzrə təkliflərin hazırlanması, habelə belə təkliflərə baxılması; kosmik tədqiqatların, o cümlədən kosmik fəzada tədqiqatların aparılması, belə tədqiqatlardan istifadə və kosmik sənaye sahəsi ilə bağlı təkliflərin hazırlanması;  kosmik sənaye, eləcə də kosmik tədqiqatların aparılması üçün investisiya qoyuluşlarına dair təkliflərin verilməsi; kosmik tədqiqatların aparılması, belə tədqiqatlardan istifadə və kosmik sənaye sahəsi ilə bağlı qrantlar üçün vəsaitlərin formalaşdırılması (ayrılması) və qrantların verilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi; beynəlxalq təşkilatlar və qurumlarla, xarici dövlətlərin kosmik agentlikləri ilə öz səlahiyyətləri daxilində əməkdaşlığın həyata keçirilməsi funksiyaları yerinə yetirir. 

Şuranın səlahiyyətləri daxilində Azərbaycan Respublikasının icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən razılaşdırılmış həcmdə informasiya, istinad və digər materialların əldə edilməsinə dair sorğu vermək; Şuranın fəaliyyətinin istiqamətləri üzrə komitələr, müvəqqəti işçi qruplar yaratmaq və onların vəzifələrini müəyyən etmək; Şuranın səlahiyyətinə aid edilən problemlərin və məsələlərin elmi-texniki, iqtisadi, ekoloji, sosial və digər ekspertizasının keçirilməsi üçün ekspertləri və məsləhətçiləri cəlb etmək; kosmik fəaliyyətin nəticələrindən istifadə sahəsində Nazirlər Kabinetinə, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə, habelə müvafiq razılaşmalar əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, təşkilatlara təkliflər vermək; kosmik fəaliyyət, kosmik tədqiqatlar və onların tətbiqi sahələrində konfranslar, forumlar, simpoziumlar və seminarlar təşkil etmək, keçirmək və belə tədbirlərdə iştirak etmək hüquqları var. 

# 1831
avatar

Oxşar yazılar