Rusiyada son sutkada 6 065 nəfər COVID-19-a yoluxdu
19 sentyabr 2020 13:18 (UTC +04:00)

Rusiyada son sutkada 6 065 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 6 065 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 097 251 nəfərə çatıb.

Son sutka ərzində 144 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 339 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 1783
avatar

Oxşar yazılar