Ermənistanda COVID-19-a yoluxanların sayı 47 mini ötdü
19 sentyabr 2020 12:16 (UTC +04:00)

Ermənistanda COVID-19-a yoluxanların sayı 47 mini ötdü

Ermənistanda son sutka ərzində 244 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 47 154 nəfərə çatıb.

Son sutkada koronavirusdan daha 2 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 928 nəfərə çatıb.

# 979
avatar

Oxşar yazılar