Şəkidə tutulan ayını görmək istəyənlərin NƏZƏRİNƏ
11 sentyabr 2020 17:33 (UTC +04:00)

Şəkidə tutulan ayını görmək istəyənlərin NƏZƏRİNƏ

Şəkidə tutulan ayı reabilitasiya mərkəzində müalicə olunur

APA-nın məlumatına görə, bunu "Facebook"da yayımlanan “Ekspert saatı” verilişində yaralı heyvanlara nəzarətlə bağlı sualı cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firudin Əliyev deyib: “Bir neçə ay əvvəl Şəkidə tutulmuş ayının aqibəti  çoxlarını maraqlandırır. Bildirmək istəyirəm ki, həmin ayı hazırda nazirliyin reabilitasiya mərkəzində müalicə olunur. Karantinlə bağlı olaraq, vətəndaşların reabilitasiya mərkəzinə girişinə  icazə verilmir. Ayını görmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə gələrək, videosuna baxa bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4453

Oxşar yazılar