5143
10:38
01 Sentyabr 2020

Valideynlərini təhqir edən polis qovuldu

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən kənarlaşdırılıb.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, idarənin operatoru Kamran Abbasovun işdən uzaqlaşdırılmasına səbəb ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranış, işlətdiyi nalayiq ifadələr olub. Bu hərəkəti ilə onun “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğu bildirilir.

Qeyd edək ki, sosial şəbəkədə polis əməkdaşının öz anasını söyməsi ilə bağlı görüntülər yayılmışdı. Bu görüntülərdən dərhal sonra DİN-dən faktla bağlı araşdırmalara başlandığı bildirilmişdi.