2218
12:25
29 Avqust 2020

Dövlət orqanlarında iş ştat cədvəlinin 50 faizi səviyyəsində davam etdiriləcək


“Dövlət orqanlarında ştat cədvəlinin 50 faizi səviyyəsində iş davam etdiriləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu barədə yumşalmadan sonra qəbul edilmiş qərar yenə qüvvədədir.