Bakıda yeniyetmə beş nəfər tərəfindən döyüldü - FOTO
25 avqust 2020 00:46 (UTC +04:00)

Bakıda yeniyetmə beş nəfər tərəfindən döyüldü - FOTO

 

Bakının Sabunçu rayonunda naməlum şəxslər yeniyetməni döyüb.

APA xəbər verir ki, hadisə Natəvan küçəsində baş verib.

2006-cı il təvəllüdlü Əzizli Vasif Elbrus oğlu küçədə beş naməlum şəxs tərəfindən döyülüb. V.Əzizli baş və üz nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

# 2866
avatar

Oxşar yazılar