Tramp Ərdoğanı və onları “dünya səviyyəli şahmatçı” adlandırdı
18 avqust 2020 10:35 (UTC +04:00)

Tramp Ərdoğanı və onları “dünya səviyyəli şahmatçı” adlandırdı

ABŞ prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Si Tzinpin və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb.

APA-nın məlumatına görə, D. Tramp Viskonsin ştatında keçirdiyi görüşdə Türkiyə, Rusiya, Çin və Şimali Koreya liderlərinin “dünya səviyyəli şahmatçı” olduğunu deyərək, rəqibi, demokratların namizədi olan Co Baydenin bu liderlərlə rəqabət apara bilməyəcəyini bildirib.

“Mən bir şeyi anladım ki, Ərdoğan, Putin, Tsinpin və Kim Çen In “dünya səviyyəli şahmatçı”dırlar”, -  ABŞ lideri vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274

Oxşar yazılar